Bakıda “Range Rover” qəza törətdi

Nəsimi rayonunda qayda pozan sürücü avtomobilə çırpılıb. Hadisə Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.

Yenicag.az xəbər verir ki, “Range Rover” markalı minik avtomobili Hənifə Ələsgərov küçəsi ilə hərəkətdə olarkən “Yol ver” nişanının tələbini pozub. Nəticədə avtomobil M.Qaşqay küçəsi ilə hərəkətdə olan “Renault” markalı nəqliyyat vasitəsinə, daha sonra səkiyə və qaz borusuna çırpılıb.

İlkin məlumata görə, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsindəki işıqfor işləməyib. Bu zaman “Range Rover” həmin yolda olan “Yol ver” nişanının tələbini pozaraq işıqfordan keçib.

Əraziyə Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.