Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Bakıda Real Aykido üzrə V Beynəlxalq seminar

Reklam: High Technic

Grandmaster Lyubomir Vraçareviçin 70 illik yubileyinə həsr olunmuş V Beynəlxalq seminar keçirilib. Seminar Real Aykido Fedarasiyasının Prezidenti, 4-cü dan qara kəmər ustası Fariz Abdullayevin rəhbərliyi ilə baş tutub.

Seminarda 6-cı dan qara kəmər ustaları Sanya Vraçariveç, İqor Petroviç, Azərbaycan “Kenpo” fedarasiyasinin prezidenti-Rauf Ibrahimov, “Ağ canavar” ləqəbli kikbokscu Eduard Məmmədov, Azərbaycan Peşəkar Karate-do Federasiyası Vitse-Prezidenti Vüsal Abdullazadə, MMA federasiyasının prezidenti Azad Əsgərov və Azərbaycan Jeet Kune Do Mərkəzinin vitse-prezidenti İlqar Novruzov kimi idman sahəsində öz sözünü demiş idmançılar iştrak ediblər.

2 gün davam edən imtahan xarakterli tədbirdə 200 nəfərdən çox idmançı növbəti idman dərəcəsini əldə etmək üçün mübarizə aparıb. 2 nəfər – Elşən Məmmədov və Luisa Hacıyeva isə 1-ci Dan qara kəmərə namizədlik üçün imtaham veriblər.

Fariz Abdullayev öz cıxışı zamanı biıdirib ki, bu kimi seminarların təşkil olunmasında məqsəd Real Aykido idman sahəsində olan gənclərin daha da maariflənməsi, özünümüdafiə fəndlərini daha peşəkar şəkildə mənimsəməsi və eyni zamnda verilən imtahanların masterlər qarşısında daha şəffaf şəkildə kecirlməsidir. Burada verilən qərarlar da hər kəsin öz bacarığının, isdedadının real dərəcəsini qazanmasıdır.

2 gün davam edən möhtəşəm seminarın son günüdə Azərbaycan Real Aykido Federasiyasının prezidenti Fariz Abdullayev seminar iştrakcılarına Real Aykidonun fəxri diplom və təşəkkürnamələrini təqdim edib.

Yenicag.az

Loading...

www.yenicag.az

1027
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100