Bakıda şirkət rəhbəri həbs edildi

media-hightechnic-468x90

image859Bakıda dələduzluqda şübhəli bilinən “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənovanın barəsində həbs-qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsində Mətanət Həsənovanın barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verilib. Həmin qərardan M. Həsənovanın verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Mətanət Həsənova ötən ilin noyabrından bu ilin martınadək vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.

Hazırda faktla bağlı istintaq davam etdirilir. (APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600