!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda soyğunçu polisi bıçaqladı

!Reklam – Yazi

Hadisə Nizami rayonu 74 ünvanında baş verib.

Yeniçağ.Az-ın məlumatına görə, 36 yaşlı Həsənquliyev Sərdar Ənvər qadın geyimləri mağazasından çıxan xanım əl çantasını zorla alaraq qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəliblər. Onlar soyğunçunun arxasınca qaçaraq tutublar. Sərdar Həsənquliyev tutulan zaman polisə müqavimət göstərib. Daha sonra üzərində olan bıçaqla özünə xəsarət yetirib. Bıçağı ondan almaq istəyən polis əməkdaşının da əli kəsilib. Yaralı oğru xəstəxanaya gətirilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Narkotik istifadəçusi olan Sərdar Həsənquıiyev əvvəllərdə məhkumkumluq həyatı yaşayıb. Hazırda o, polis nəzarəti altında müalicəsini davam etdirir.

Hadisə yerində rayon prokurorluq və polis əməkdaşları olublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Yeniçağ.Az

COP29

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv