!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda taksini necə sifariş edirlər?

!Reklam – Yazi

Bakıda müxtəlif üsullarla taksi sifariş edilir. Taksi sifarişi üsullarının müxtəlif olması istifadəçilərə konkret anda ən rahat olan üsulu səçməyə imkan verir

Yenicag.az xəbər verir ki, sifarişlərin əksəriyyəti telefon nömrəsi ilə edilir. Bu üsul 80% hallarda seçilir.

Şəhər sakinləri arasında əlaqə mərkəzinin operatoru ilə canlı danışaraq xidməti almaq istəyənlərin sayı da çoxdur. Bu, rahatdır, çünki mobil şəbəkə demək olar ki, hər yerdə tutur, şəhərdən kənarda belə, internet isə çox yerdə işləməyə bilər.

Taksi sifarişi üçün mobil əlavələr də populyarlıq yığmaqdadırlar. “Maxim” mobil əlavəsi vasitəsi ilə Bakıda taksini istifadəçilərin ümumi sayının 19,8% sifariş edir.

Mobil texnologiyalara olan tələbat müxtəlif səbəblərdən asılı ola bilər: həyat səviyyəsindən, əhalinin yaşından, internet şəbəkələrinin yayılmasından, şəhər sakinlərinin texniki bilik səviyyəsindən. Texnologiyalar inkişaf etdikcə və yeni imkanlar yarandıqca, insanlar xidməti tez və maksimum sadə yolla almaq istəyirlər. Smartfondakı mobil əlavələr isə bunu iki toxunuşla etməyə imkan veririlər.

Taksini digər üsullarla da sifariş etmək olar. Məsələn, sayt və ya səsli köməkçi vasitəsi ilə. Bakıda onların payına sifarişlərin 0,2% düşür.

 

Statistika “Maxim” xidmətinə 2019-cu ilin əvvəlindən daxil olan sifarişlərə əsaslanıb.

www.yenicag.az

5614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv