Azərbaycanda teatrın ÖLÜMÜ: "İmkanlı sponsorlar niyə səssiz qalır?” - VİDEO
Dünyanın əksər ölkələrində teatrlar sponsor dəstəyi ilə fəaliyyət göstərir, yeni tamaşalar hazırlanır. Təəssüf ki, Azərbaycanda bu ənənə hələ də formalaşmayıb. Halbuki, mədəniyyətin əsas dayaqlarından olan teatrların dəstəyə ciddi ehtiyacı var.
Gənc Tamaşaçılar Teatrının quruluşçu rejisoru Nicat Kazımov Yenicag.az- açıqlamasında Azərbaycanda da teatr sponsorluğu ənənəsinin yaradılmasının vacibliyini vurğulayıb:
“Teatr – mədəniyyətin bütün sahələrini özündə cəmləşdirən bir məbəddir. Çox istərdim ki, imkanlı şəxslər və ya qurumlar Azərbaycandakı teatrlara da sponsorluq etsinlər, dəstək göstərsinlər. Əgər kimsə bizim teatra müraciət etsə, rəhbərlik bu təklifi böyük məmnuniyyətlə qəbul edər.”
Nicat Kazımov həmçinin qeyd edib ki, sənət adamları dəstək gözləyərkən, imkanlı şəxslərin teatra maraq göstərməməsi məyusedicidir:
“İmkanı olan adamlara sanki teatr lazım deyil.”
Videonu təqdim edirik:
Cəvahir