“Qarabağ” Avropanın nəhəngləri ilə qarşılaşır – Hazırlıq planı açıqlandı

media-hightechnic-468x90

“Qarabağ”ın Avstriyadakı hazırlıq planı bəlli oldu

Yenicag.az xəbər verir ki, “Qarabağ” futbol klubu Avstriyanın Kaprun bölgəsində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində dörd yoxlama oyununda qüvvəsini sınayacaq.

İlk sınaq matçı iyulun 7-də Ukrayna təmsilçisi “Metallist”ə qarşı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

İyulun 11-də isə “Qarabağ” Niderland klubu “Tvente” ilə iki yoxlama oyunu keçirəcək. Həmin gün ilk oyun saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.

Toplanışın son qarşılaşması iyulun 15-də baş tutacaq. “Köhlən atlar” Avstriyanın ən güclü klublarından biri olan “Zalsburq” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün qarşılaşmalar Kaprun stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” iyunun 18-də Bakıda hazırlıqlara start verib və iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışında olacaq.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600