Bakıda tələbə bıçaqlandı

media-hightechnic-468x90

imagesBakıda bıçaqlanma hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə rayonun Nadir Əhmədov küçəsi – 26 ünvanında yerləşən 64 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyəddin oğlu Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar İmran oğlu Novruzovu bıçaqlayıb. E. Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Ş. Əliyev tutulub.

Polisdən E. Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsi olduğu bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600