Bakıda unikal kompleksin açılışı oldu

media-hightechnic-468x90

26228Bakı Amerika Mərkəzi istifadəçilərin ixtiyarına verildi.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən və yeni təmirdən çıxan İnformasiya Resurs Kompleksinin (İRK) açılışında Birləşmiş Ştatların ölkəmizdəki müvəqqəti işlər müşaviri Derek Hoqan və bir sıra digər rəsmi şəxslər iştirak ediblər.

Öz yeni görkəmi və imkanları ilə tamamilə dəyişən Kompleksdə nəinki tələbələr və böyüklər, həmçinin balacalar da istifadə edə biləcək. Onlar üçün ayrılmış ayrıca hissədə, uşaqları maraqlandıra biləcək bütün informasiya və kitablar ingilis dilində istifadəyə verilib. Yeniliklər bununla bitmir.

Universitetdə təhsil alan və ümumiyyətlə jurnalistika ixtisasına yiyələnmək istəyənlər üçün yaradılmış bu imkandan hər kəs istifadə edə biləcək.

İRK-nin rəhbəri Şəhla xanım 8 məktəblə, 21 universitetlə, 35 yerli və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirdi.

İRK texniki və ədəbiyyat imkanları baxımından respublikada unikaldır və hər kəs kompleksdə qeydiyyatdan keçərək, üzvlük kartı əldə etməklə təmənnasız olaraq istifadə edə bilər.

Birləşmiş Ştatların ölkəmizdəki müvəqqəti işlər müşaviri Derek Hoqan Kompleksin imkanlarını yüksək qiymətləndirərək bu sahədə Azərbaycan Amerika əlaqələrindən danışdı. O Amerika məktəblərinin Azərbaycan kimi qədim bir tarixə malik olan ölkə ilə əməkdaşlıq etməyə həmişə hazır olduğunun dedi.

İRK nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 700-dən çox Amerika Mərkəzlərindən biridir. Yalniz ötən il mərkəzdən 4 min nəfər istifadə edib. Burada keçirilən ingilis dili dərsləri yaşdan və ingilis dili səviyyəsindən asılı olmayaraq hər kəs üçün açıqdır. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600