Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb

media-hightechnic-468x90

dedeBakıda 8-ci və 4-cü mərtəbədən yıxılan iki azyaşlı uşaq sağ qalıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, hadisələrdən biri dünən paytaxtın Mehmandarov küçəsi ev 100, mənzil 23 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb. Uşaq ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa