Bakıda zəncirvari qəza baş verdi

media-hightechnic-468x90

Bakıda zəncirvari yol qəzası olub, üç avtomobil toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen Passat”, “Prado” minik avtomobilləri və yük maşını toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi zinan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Bakıda zəncirvari qəza baş verdi

media-hightechnic-468x90

61088Bir saat əvvəl aeroport şossesinin Mərdəkan ərazisindən keçən hissəsində 5-6 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidləri avtobuş, “VAZ-2107”, “Mercedes” və daha iki avtobobilin bir-biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində zərərçəkənlər var. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

BDYP-nin nümayəndələri hadisə yerində araşdırma aparır.

İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub. Qarşıdakı maneəni görən “VAZ-2107”nin sürücüsü də sürəti azaldıb. Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün saxlamayan “Mercedes” sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib.

Qəza ilə əlaqədar aeroport şossesində tıxac yaranıb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkəti bərpa olunub.

media-ziraat-728x90

Bakıda zəncirvari qəza baş verdi

media-hightechnic-468x90

ççççççççl“Mercedes” markalı avtomaşının qarşısına qəfildən piyada çıxıb

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, “Mercedes” markalı avtomaşının sürücüsünün dediyinə görə, onun qarşısına qəfildən piyada çıxıb, elə bu an arxadan gələn “Mazda” markalı avtomaşın ona çırpılıb.

Növbəti “Opel” markalı avtomaşın isə idarəetməni itirərək öz növbəsində “Mazda”ya dəyib. Avtoqəza nəticəsində xəsarət alan yoxdur. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə nəticəsində prospektdə qısamüddətli tixac yaranıb.

Baş vermiş hadisədə hansı sürücünün günahkar olub-olmaması Baş Dövlət Yol Polidi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olacaq.

Faktla bağlı başlanan araşdırma davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600