Bakıda zəncirvari yol qəzası baş verib

media-hightechnic-468x90

nnnnnnnnnjHadisə Türkan qəsəbəsində qeydə alınıb.

media-banner_tuq

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Seymur Aydın oğlu Abbasovun idarə etdiyi 99-FX-940 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Xandayı Ağazaman oğlu Nuriyevin idarə etdiyi 10-LB-072 dövlət nömrə nişanlı, “VAZ 21-07” markalı avtomobili arxadan vurub.

X. Nuriyevin idarə etdiyi avtomobil əks istiqamətdə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Emin Ərəstun oğlu Nağıyevin idarə etdiyi 90-NU-700 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə çırpılıb.

99-FX-940 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü avtomobillə birlikdə hadisə yerindən qaçıb.

Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü X. Nuriyev, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Səriyyə Nuriyeva, oğlanları 2005-ci il təvəllüdlü Muradxan və 2006-cı il təvəllüdlü Nicatxan ağır bədən xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib.

apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05