Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıdan Moskvaya TƏRS SİLLƏ: Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verdi

Reklam: High Technic

Azərbaycan BMT-nin 76-cı sessiyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atıb.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 76-cı sessiyasında “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında” məsələnin müzakirəsindən sonra keçirilən səsvermədə qeyd olunan sənədin lehinə səs verib.

Məlumata əsasən, keçirilən səsvermədə 71 ölkə həmin sənədin lehinə, 12-si əleyhinə səs verib, 45 ölkə isə bitərəf qalıb. Gözlənildiyi kimi, postsovet ölkələrindən yalnız Belarus, Qazaxıstan və Ermənistan Ukraynanın ərazi bütövlüyünün əleyhinə çıxaraq, Rusiyanın işğalçılıq siyasətini dəstəkləyib.

Azərbaycanın BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sənədi dəstəkləməsi bir neçə aspektdən maraqlı və əhəmiyyətlidir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan 2019-cu il dekabrın 9-da BMT-də Ukraynanın ərazi bütövlüyün təsbit edən sənədlə bağlı keçirilən səsvermədə iştirak etməmişdi.

O zaman rəsmi Bakının bu diplomatik gedişi Azərbaycanın Rusiya amilini nəzərə alması kimi qiymətləndirilirdi. Bununla belə, Azərbaycan bütün səviyyələrdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləməklə Rusiya işğalına məruz qalan Ukraynanı müdafiə edirdi.

Lakin 2019-cu ildən fərqli olaraq Azərbaycanın BMT-də keçirilən son səsvermədə Ukraynanın ərazi bütövlüynü dəstəkləyən, Rusiyanı isə işğalçı dövlət kimi tanıyan sənədə səs verməsi heç bir halda Bakının “dəyişkən ovqat”ı ilə əlaqədar deyil.

Azərbaycanın bu addımı ilk növbədə 44 günlük Vətən müharibəsindən sonra Rusiyannın Ermənistana hərbi-syasi dəstəyini genişləndirməsi və bu ölkənin Qarabağa yerləşdirilmiş hərbi kontingentinin öz mandatından xeyli kənara çıxması ilə izah oluna bilər.

Görünən budur ki, Moskvanın bu “həyasız kapriz”ləri artıq Bakının səbrini tamamilə daşırıb və Azərbaycan Rusiyanın hər hansı güzəşt, yaxud da jestin qarşılığında obyektiv davranacağına inamını itirib. Eyni zamanda, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin intensivləşməsi, xüsusilə Laçın rayonunda keçirilən təlimlər Bakının Qarabağda müharibənin 3-cü dalğasının hər an başlaya biləcəyi ehtimalına maksimum ciddi yanaşdığını təsdiqləyir.

Digər tərəfdən, hərbi hazırlıq dinamikasını sürətləndirən Azərbaycanın BMT-də Rusiyanın əleyhinə olan sənədə səs verməsi Bakının Moskvaya aşkar “diplomatik sillə”sidir. Rusiyanın buna cavabının nə olacağı isə yəqin ki, yaxın günlərdə bilinəcək.

A.Zeynalov

www.yenicag.az

508
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100