Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının bu əraziləri sabah qazsız qalacaq

Yanvarın 12-də saat 10:00-dan etibarən Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Yenicag.az bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Məhdudiyyət Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş, mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş, diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədardır. Fasilələr işlər yekunlaşanadək davam edəcək.

“Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, – deyə məlumatda qeyd olunub.

www.yenicag.az

1706
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100