İspaniyada istilər iki nəfərin həyatına son qoydu – Avropa TƏHLÜKƏ ALTINDA
İspaniyada istilər iki nəfərin həyatına son qoyub
Yenicag.az xəbər verir ki, İspaniyada hökm sürən qeyri-adi istilər nəticəsində iki nəfər həyatını itirib. Bununla da Avropada son günlərdə istiyə bağlı ölüm hallarının sayı 8-ə yüksəlib.
Hadisələr İspaniyanın Ekstremadura muxtar vilayəti və Kordoba şəhərində baş verib.
İspaniya Meteorologiya İnstitutunun məlumatına görə, bu il ölkədə 1914-cü ildən bəri qeydə alınan ən isti iyun ayı yaşanıb. 2025-ci ilin iyun ayında orta temperatur 26 dərəcə təşkil edib. Bu göstərici 2003-cü ilin rekordunu geridə qoyub (25,6 dərəcə). Ən yüksək temperatur isə 30 iyun tarixində 37,9 dərəcə olaraq ölçülüb.
Avropanın bir çox bölgəsində davam edən istilər səhiyyə orqanlarını və meteoroloji qurumları xüsusi xəbərdarlıqlar etməyə vadar edib. Uzmanlar yaşlılar və xroniki xəstəliyi olan şəxslərə günün isti saatlarında çöldə olmamağı tövsiyə edirlər.
Göycə Göycəyev