Bakının bu ərazisində torpağın sotu 700 minə çatır

media-hightechnic-468x90

Bakının daşınmaz əmlak bazarında torpaq bahalaşıb.

Yenicag.az xəbər verir ki, bahalaşma daha çox “Ağ şəhər” ərazisində müşahidə olunur.

Elan saytlarında araşdırma aparılan zaman bu ərazidə torpağın bir sotunun qiymətinin 700 min manata yaxınlaşdığı müşahidə olunur. Misal olaraq, hazırda elan saytlarının birində “Ağ şəhər”də cəmi 57 sot sahəyə malik torpaq nə az, nə çox 39 milyon manata təklif olunur. Bu isə torpağın bir sotunun 684 min manatdan baha qiymətə satışı deməkdir.

Əmlak eksperti Elnur Azadov İqtisadiyyat.az-a deyib ki, “Ağ şəhər” layihəsi plana düşən ərazi olduğu üçün dövlət həmin torpaqları mülkiyyətçilərdən satın alır. Ekspertin fikrincə, bəzi vətəndaşlar da bundan sui-istifadə edərək qiymətləri artırırlar.

Bütövlükdə paytaxt üzrə torpağın qiymətinə gəlincə isə mütəxəssis bununla da bağlı öz proqnozlarını bölüşüb. O söyləyib ki, son illər tikinti şirkətlərinin aktivliyi azalıb, yəni icazələrin sayı bir qədər aşağı enib:

“İcazələr də az verildiyinə görə, ölkədə daşınmaz əmlakın qiyməti dayanmadan artır. Yəni tələb artdıqca, qiymət də artır. Eyni zamanda hazırda istismar müddəti bitmiş və sökülmə səviyyəsinə çatan 16 min bina mövcuddur. Əgər o söküntü işləri reallaşsa və bu istiqamətdə tikinti şirkətlərinin də aktivliyi çoxalsa, sözsüz ki, torpaqlara ehtiyac azalacaq və bununla da torpaqların qiyməti stabilləşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600