Bakının bu küçələrində sıxlıq var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
11. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.