Bakının bu rayonunun bir hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Bu gün Xətai rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 23.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600