Bakının ən böyük prospektində ağır qəza-Video

media-hightechnic-468x90

1385526488qeza_avto_00Heydər Əliyev prospektində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az apa.tv-yə istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Qabil İsmayılovun idarə etdiyi “VAZ 21-014” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü Qabil İsmayılov ağır yaralanıb, onun həyat yoldaşı Rəna Lətifqızı isə hadisə yerində keçinib. Qəza zamanı “Mercedes”də olan iki sərnişin də xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Qəza nəticəsində əzilmiş avtomobillər ərazidən uzaqlaşdırılıb, yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600