Bakının şimaldan girişi bağlandı

media-hightechnic-468x90

87708Bakının şimal tərəfdən girişində, “20 Yanvar” dairəsi istiqamətindəki yollarda təmir işləri başlayıb. Bu səbəbdən hazırda “Şamaxinka” istiqamətində şəhərə giriş bağlanıb.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev modern.az saytına bildirib ki, bu yollarda onlar təmir aparmırlar. Onun sözlərinə görə, “Azəryolservis” hər hansı yolu bağlayanda əvvəlcədən xəbərdarlıq nişanları təşkil edirlər. Pünhan Mürsəliyev paytaxta şimal istiqamətindən girişdə təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyini deyib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu gün iş günü olmadığı üçün hadisədən xəbərsiz olduğunu və baradə məlumat verə bilməyəcəyini deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600