!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıya girişdə tıxac - Gedənlər qayıdır - Foto

!Reklam – Yazi

Astara-Bakı magistral yolunun Ələt qəsəbəsində qurulan karantin postunda 5-6 km uzunluğunda tıxac yaranıb. 

“Qafqazinfo” xəbər verir ki, saat 06:00-dan etibarən şəhərə giriş başlayıb. Polis əməkdaşları vətəndaşları yoxlayaraq icazəsi olanları paytaxta buraxırlar. Buna görə də yolda böyük tıxac yaranıb.

Yolda hərəkət dayanandan sonra bir neçə sürücü qarşı yola çıxaraq əks istiqamətdə hərəkət edərək Bakıya daxil olmağa çalışıb.

Hərəkətsiz qalan avtomobillərin sərnişinləri maşınlardan düşərək bir neçə kilometrlik yolu yeriyərək postu keçiblər.

Eyni zamanda Bakı-Şamaxı magistral yolunda da analoji vəziyyət müşahidə olunur.

www.yenicag.az

842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv