Bakıya uçan təyyarədə texniki nasazlıq yarandı – Sərnişinlər uçuşdan imtina etdi

media-hightechnic-468x90

Bu gün səhər Krasnoyarskdan Bakıya uçmalı olan “İrAero” aviaşirkətinə məxsus təyyarədə texniki nasazlıq yaranıb. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, təyyarə havaya qalxmağa hazırlaşan zaman uçuş-enmə zolağında dayanıb.

Hadisə şahidlərinin dediyinə görə, kondisioner sistemi xarab olub. Təmirdən sonra o, yenidən uçuş-enmə zolağına qayıdıb.

Bildirilib ki, 3 saatdan artıq gözləyən sərnişinlərə əvvəlcə başqa təyyarə söz verilsə də, yenidən həmin təyyarə ilə uçmaq təklif olunub. Lakin sərnişinlər panikaya düşərək təyyarədən enməyə başlayıblar.

Sözügedən reyslə uçmaq istəyənlərin sayının 20-dən çox olduğu deyilir.

Krasnoyarsk hava limanının mətbuat xidmətindən bildirilib ki, sözügedən təyyarənin uçuş vaxtı hələ məlum deyil./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05