!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Baku Open 2014” davam edir

!Reklam – Yazi

загруженное (51)Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş ənənəvi “Baku Open 2014” beynəlxalq şahmat festivalının başa çatmasına iki tur qalıb.

VII turdan sonra “A” qrupunda ukraynalı şahmatçı Andrey Barışpolets, Rusiya təmsilçisi Ernesto İnarkiev və Rumıniya idmançısı Konstantin Lupulesku aktivlərinə 5,5 xal yazaraq ilk üçlükdədirlər. A.Donçenko (Almaniya), A.Areşenko, Z.Efimenko, V.Onişuk (hər üçü Ukrayna), F.Berkes (Macarıstan) və M.Krasenkov (Polşa) isə 5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar.

Təmsilçilərimiz arasında isə ən yaxşı nəticəni Zaur Məmmədov göstərib. O, aktivinə 4,5 xal yazaraq 12-ci pillədə qərarlaşıb. Namiq Quliyev, Vüqar Rəsulov və Eltac Səfərlinin isə 4 xalı var.

Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 3,5 xalla öndədir.

“B” qrupunda ikihakimiyyətlilikdir. Belə ki, İran şahmatçısı Aryan Qolami və təmsilçimiz Ramil Əlləcov 6,5 xalla zirvəni bölüşürlər. Rəşad Zeynallı isə 6 xalla üçüncü pillənin sahibidir.

Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir. “Baku Open 2014” beynəlxalq şahmat festivalı sentyabrın 30-da başa çatacaq. (azertag.az)

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv