Balakəndə avtomobil ağaca çırpılıb

media-hightechnic-468x90

ıııııııııııııııııııBalakən rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Qəza rayonun Qazma kənd ərazisində baş verib. 1985-ci il təvəllüdlü Tülü kənd sakini Taleh Məhəmməd oğlu Qarayev “Hyundai” markalı, 10 ML 549 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Baş vermiş qəza nəticəsində sürücü Taleh Qarayev, onun sərnişinləri – Balakən rayon sakinləri – 1981-ci il təvəllüdlü, Tahir İdris oğlu Bağırov və 1989-cu il təvəllüdlü, Rəşad Adil oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan Tahir Bağırovun vəziyyətinin ağır, Taleh Qarayevin vəziyyətinin orta-ağır olduğu, Rəşad Kərimova ilkin yardım göstərildikdən sonra evə buraxıldığı bildirilib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600