Baloğlan Əşrəfov dəfn edildi - YENİLƏNDİ

media-hightechnic-468x90

Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.

*

Xəbər verdiyimiz ki, ötən gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Baloğlan Əşrəfov Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək.

Qeyd edək ki, Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən “Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı”nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində – Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.

2007-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05