Balta ilə polisə hücum edib
Vaşinqtonda bir nəfər balta ilə polisə hücum edib.
Bu haqda “Associated Press” agentliyi xəbər yayıb.
“Polis xidməti maşında oturmuşdu. Bir nəfər baltayla sürücü tərəfindən yan şüşəni sındırdı. Polis zabiti avtomobildən çıxıb və hücum edən şəxslə davaya başlayıb. Lakin həmin şəxs qaçıb gizlənə bildi, amma artıq onun baltası əlindən alınmışdı”, – deyə Vaşinqton polisi bildirilib.
Vaşinqton polisində hadisə ilə bağlı bütün mümkün motivlər araşdırılır. Polis qeyd edib ki, baş vermiş hadisənin keçən həftə Nyu-Yorkda balta ilə polisə edilən hücumla bağlı heç bir əlaqəsi yoxdur.
Polis araşdırmalara başlayıb. (anspress.com)