Bank krediti daha bir gəncin intiharına səbəb oldu – FOTO 18+
Külli miqdarda borcun gənc oğlanı ölümə sürükləməsi, Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlanın özünü Tərtər çayı üzərindəki körpüdən asması xəbəri dünən Milli.Az-da yayımlanmışdı. Fəhləliklə dolanan gəncin külli miqdarda borcu olması intihar etməsinə səbəb kimi ehtimal olunurdu.
Şəkildə gördüyünüz şəxs borca görə özünü öldürən həmin gəncdir. Banka olan kredit borcuna görə intihar etdiyi deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Oğuz rayonunda 53 yaşlı Məhəmməd Hüseynov Beynəlxalq Banka borca görə özünü öldürmüşdü. Onu ölümünə səbəb kimi həmin bankın Oğuz filialının rəhbərini göstərmişdi.
Ürəyi zəif və həssas insanların fotoya baxması tövsiyə olunmur!