Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Banklar “qara bazar”ı sıxışdırır

Azərbaycanın kommersiya banklarında Dolların alış qiymətilə satış qiyməti arasında fərq azalır.

Yenicag.Az  xəbər verir ki, bu gün bir sıra banklar 1 Dolları 1.86-1.88 manat səviyyələrində almağa başlayıblar. Bu qiymətlər “qara bazar”ın alış qiymətlərilə eynidir. Bankların yüksək alış qiymətləri “qara bazar”ın əhalidən dollar almasını məhdudlaşdırır.

Bu gün KapitalBank 1 dolları 1,88 manata, Azərbaycan Sənaye Bankı 1.87 manata, Unibank 1.87 manata, Bank BTB 1.86 manata, Bank of Baku 1.86 manata, AtaBank 1.86 manata, CDBBank 1.86 manata alırlar.
Banklarda Dolların satış qiymətləri isə 1.89-1.93 manat arasında dəyişir.

Yenicag.Az

www.yenicag.az

490