Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planına üzv banklarla birgə sosial yönlü layihələrin növbəti mərhələsi keçirilib.
Yenicag.az xəbər verir ki, 23 fevral 2019-cu il tarixində bu istiqamətdə növbəti tədbir – “Banklararası Boulinq Çempionatı 2019” turniri keçirilib.
Turnir “Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzinin 3-cü mərtəbəsində yerləşən “ONTOP” boulinq idman və əyləncə mərkəzində keçirilmişdir. Turnirin məqsədi bank əməkdaşlarının asudə vaxtlarını daha səmərəli keçirilməsinə nail olmaqdır.
Turnirin nəticələrinə əsasən, 3-cü yerin qalibi Azərbaycan Beynəlxalq Bankı, 2-ci yer Muğanbank və 1-ci yerin qalibi isə NBC Bank olub. Qaliblər müxtəlif hədiyyə və mükafata layiq görülüb.
www.yenicag.az