“Barselona” -ya yeni oyunçu gəlir
“Barselona” “Mançester Siti”nin argentinalı futbolçusu Serxio Aqueroya təklif göndərib.
“Barsa” onun üçün 38 milyon avro ödəməyə hazırdı. Futbolçunun özünün Kataloniya klubunda oynamağa ilkin razılıq verdiyi bildirilir. “Siti” Aqueronu 2011-ci ildə Madrid “Atletiko”sundan 44 milyon avroya transfer edib.
Futbolçu bu mösüm İngiltərə Premyer Liqasında 34 oyuna 28 qol vurub.
Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatında yer alan məlumatda Aqueronun transferinin Messinin təkidi ilə həyata keçirildiyi bildirilirdi.