“Barselona”nın doğma arenasına qayıdacağı tarix bəlli oldu

media-hightechnic-468x90

İspaniyanın “Barselona” klubunun “Kamp Nou” stadionuna qayıdacağı tarix bəlli oldu.

Qeyd olunur ki, Kataloniya klubu dekabrın 15-dən etibarən doğma arenasından istifadə edə biləcək.

Rəhbərlik klubun 125 illiyini qeyd edəcəyi 29 noyabr tarixində açılış tədbiri keçirməyi planlaşdırırdı. Lakin sonradan tələsməmək qərarına gəlib. Komandanın ilk matçlarında tribunalara məhdud sayda azarkeş buraxılacaq. Belə ki, qarşılaşmalara maksimum 60 min tamaşaçı cəlb olunacaq.
Xatırladaq ki, “Kamp Nou” stadionu 2023-cü ildən yenidənqurma üçün bağlanıb. Həmin vaxtdan bəri “Barselona” ev oyunlarını şəhərin Olimpiya Stadionunda keçirir.

Mənbə: euro-football.ru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600