Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş komandan istefa verdi

142929_srcRusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Viktor Çirkov səhhəti ilə əlaqədar Silahlı Qüvvələrin heyətindən uzaqlaşmaq barədə raport verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Hazırda Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini şimal donanmasının admiralı Vladimir Korolev icra edir. Mənbənin sözlərinə görə, Korolev yaxın zamanlarda Çirkovun əvəzinə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsinə gətiriləcək.

O, vurğulayıb ki, bu barədə qərar aprelin əvvəlinə qədər qəbul olunmalıdır.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının baş komandanın müavini Aleksandr Fedotnikov bu ilin yanvar ayında jurnalistlərə bildirmişdi ki, Çikrov “yüngül əməliyyat keçirib”.

www.yenicag.az

417