!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən əməliyyat: Silahlı şəxslər saxlanıldı

!Reklam – Yazi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib

www.yenicag.az

2506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv