Baş nazir Əfqanıstana getdi

media-hightechnic-468x90

73633“Böyük Britaniya daim Əfqanıstanın güclü və yaxın tərəfdaşı olacaq”.

Böyük Britaniyanın baş naziri David Cameron Kabilə səfəri zamanı belə deyib.

Devid Kemeron Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni ilə görüşə gələn ilk dünya lideridir. Birgə mətbuat konfransında Kemeron yeni ölkə rəhbərliyini milli birliyə, azad, korrupsiyasız və effektli hakimiyyət sistemi qurmağa çağırıb.

Baş nazir qeyd edib ki, Taliban zorakılıqdan əl çəkib siyasi prosesə qoşula bilər.

Devid Kemeron səfər zamanı Əfqanıstanda həlak olmmuş və yaralanmış Britaniya əsgərlərinin xatirəsini də yad edib.

Qeyd edək ki, Britaniya ordusu son Əfqanıstan müharibəsində 453 itki verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600