Baş nazir istefa verdi

media-hightechnic-468x90

kkk77Kanadanın baş naziri Stiven Harper vəzifəsini tərk edib

Harper oktyabrın 19-da keçirilən parlament seçkilərində rəhbəri olduğu Mühafizəkarlar Partiyasının Liberal Partiyasına məğlub olmasından sonra bu addımı atıb.

“Son 9 ildə sizin baş naziriniz olmağımla fəxr edirəm. Bu, əla təcrübə idi. Seçkilərin nəticəsi bizi qane etməsə də, xalqın heç zaman yanılmadığını deməliyəm”, – Harper deyib.
Liberal Partiyası 2006-cı ildən sonra ilk dəfə parlament seçkilərində qələbə qazanıb. Beləliklə, partiyanın lideri Castin Trüdo Stiven Harperi əvəzləyərək Kanadanın 23-cü baş naziri olacaq.

media-ziraat-728x90

Baş nazir istefa verdi

media-hightechnic-468x90

30b700cd7a1c9ba8a7520508a70e6f03Şotlandiyanın baş naziri Aleks Salmond Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına dair referendumdan sonra istefaya getdiyini bəyan edib.

Seçkinin yekun nəticələrinə görə seçicilərin 55,3%-dən çoxu müstəqilliyin əleyhinə səs verib.

Bundan əvvəl A. Salmond səsvermənin nəticələrini qəbul etdiyini, lakin Şotlandiyanın idarəetmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsinin vacib olduğunu vurğulamışdı.

media-ziraat-728x90

Baş nazir istefa verdi

media-hightechnic-468x90

загруженное (3)Fransa hökuməti istefa verib.

Baş nazir Manuel Vals istefa ərizəsini prezident Fransua Ollanda təqdim edib.

Fransa prezidenti administrasiyasının yaydığı bəyanatda qeyd olunub ki, həftə ərzində yeni hökumətin tərkibi formalaşacaq.

media-ziraat-728x90

Baş nazir istefa verdi

media-hightechnic-468x90

gggggggggggggFələstinin baş naziri Rami Həmdullah istefa verib.

İstefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır.

Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar.

Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq, 6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək.

Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib(apa).

media-ziraat-728x90

Baş nazir istefa verdi

media-hightechnic-468x90

dccccccdƏli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunub
Liviyada yaranmış siyasi çəkişmələr fonunda parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir Əli Zidan məğlub ayrılıb. 123 deputat onun hakimiyyətdə qalmasının əleyhinə səs verərək, Zidanı faktiki olaraq tutduğu vəzifədən uzaqlaşdırıb.

Baş nazirin işinin etimadsızlıq səsverməsinə qədər gəlib çıxmasına bu həftə yaşanan gərginlik təsir göstərib. Belə ki, şərq əyalətindəki limanı öz nəzarətlərində saxlayan döyüşçü qrup, mərkəzi hökümətə tabe olmayaraq, müstəqil şəkildə neft satacaqlarını bəyan edib. Ölkənin əsas portlarından olan Əl Sidr limanını ələ keçirmiş döyüşçülər hökümətin icazəsi olmadan Liviya limanına daxil olmuş Şimali Koreya bayraqlı tankerə neft doldurmağa cəhd etməklə tərəflər arasında 3 günlük gərginliyin yaşanmasına yol açıb. Liviya konqresinin sözçüsü Ömər Həmdan, Əli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunduğu və deputatların yeni baş naziri seçəcəyi vaxta qədər onun Livan hökümətin başçılıq edəcəyini açıqlayıb.

Bazar ertəsi rəsmi Tripoli qoşunların həmin tankeri nəzarətə götürdüyünü açıqlasa da, döyüşçülər bu məlumatı təkzib edib. Etimadsızlıq səsverməsinə gəlincə, hakimiyyətdən getməsi ilə bağlı baş nazir Əli Zidandan hər hansı şərh gəlməyib bu isə yeni silahlı münaqişə potensialını artırır. Çünki Liviyada siyasətçilərin çoxu regional və ideoloji baxımdan bir araya gələn döyüşçülər tərəfindən dəstəklənir. Çoxlarının konqresin çıxardığı qərara qarşı çıxacağı aydın məsələdir (anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600