Putin Berluskoniyə yenicə vurulmuş cüyürün ürəyini yedizdirib.
Yenicag.az xəbər verir ki, Silvio Berluskoninin partiya yoldaşı olmuş Fabrizio Ciquitto bu barədə “Corriere della Sera” nəşrinə müsahibəsində qeyd edib.
Fabrizionun sözlərinə görə, Berluskoni bu əhvalatı ona şəxsən danışıb. Belə ki, Putin onu ova aparıb və meşəyə çatanda ona bir tüfəng verib.
“Onlar iki cüyür görüblər. Putin Berluskoniyə deyib ki, “vur”. Silvio cəsarət etməyib. Onun əvəzindən Vladimir özü hər iki cüyürü dəqiq nişan alıb. Daha sonra gedib hər ikisini kəsdi və qanlı ürəklərini çıxararaq bişirməsi üçün köməkçisinə verdi və dedi, “bu gün sizi heyrətamiz yeməyə qonaq edəcəyəm”, – deyə o bildirib.
Silvio Fabrizioya bu mənzərədən özünü pis hiss etdiyini və ürəyi bulanaraq, oradan uzaqlaşdığını da bildirib.
Rafi Müslümov
www.yenicag.az