!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən orqan donorluğu ilə bağlı QƏRAR

!Reklam – Yazi

İnsan orqanı və toxumalarının donorluğuna və transplantasiyasına dair bəzi dəyişikliklər edilib.

Nazirlər Kabinetinin müvafiq qərarlarında edilən dəyişikliklərdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun yeni redaksiyasına əsasən “əzalar” ifadəsi “orqan” ifadəsi ilə, daha əvvəl qüvvədə olan Qanunda istifadə olunan “konservasiya” ifadəsi yeni Qanuna uyğun olaraq “götürülmə, hazırlanma və saxlanma” ifadəsi ilə əvəz edilib.

“Konservasiya” anlayışı yalnız “qan”a münasibətdə saxlanılıb. Belə ki, mövcud qanunvericiliyə əsasən qan tədarük və konservasiya olunur, orqan və toxumalar isə götürülür, hazırlanır və saxlanılır.

Digər qərar ilə Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” həyata keçirəcək.

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.

Eyni zamanda, donor müayinəsi, orqan köçürülməsi və sonrakı tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Qərara əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək.

Transplantasiya məqsədilə canlı, meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv