Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş prokurorluq və DİN Əli Kərimlinin həbs səbəbini açıqladı

Reklam: Sinerji Pro

İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bu haqda Yenicag.az-a Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən verilən birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılmışdır.

Bildirilib ki, ictimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq.

“Təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”-deyə məlumatda qeyd olunub.

Loading...

www.yenicag.az

2022
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100