Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş Prokurorluqdan məntəqədə ölən vəkillə bağlı RƏSMİ MƏLUMAT

Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, 2016-cı ildə “sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktı, kəskin mərhələ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilmişdir.

Həmçinin araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmamış, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmamışdır.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

www.yenicag.az

5958
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100