Baş Qərargah rəisi Netanyahu ilə razılaşmadı - İstefaya çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu və Baş Qərargah rəisi Eyal Zamir arasında mübahisə yaşanıb.
Yenicag.az İsrailin dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, hadisə ötən gün – avqustun 5-də keçirilən görüşdə baş verib.
Belə ki, Zamir Netanyahunun Qəzza zolağında əməliyyatları genişləndirmək planının yaxşı nəticələri olmayacağını bildirib.
“Zamir Netanyahuya deyib ki, plan İsraili tələyə salacaq, onun qoşunları arasında ağır itkilərə səbəb ola bilər və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovları təhlükə altına qoya bilər”, – KAN qeyd edib.
Zamir həmçinin baş naziri istefa ilə hədələməməyə çağırıb.
Xatırladaq ki, Netanyahu hərbi və hökumət rəsmiləri ilə görüşdə İsrail Müdafiə Qüvvələrinin əməliyyatlarını bütün Qəzza zolağına genişləndirməyi təklif edib.