!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Başakşəhər”in məşqçisinin qırmızı vərəqəsi ləğv edildi

!Reklam – Yazi

Türkiyənin “Başakşehir” klubunun məşqçisi Pyer Vebo UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun PSJ ilə matçında texniki zonada yer ala biləcək.

Yenicag.az xəbər verir ki, qitə futbol qurumu dünən yarımçıq dayandırılan görüşdə qırmızı vərəqə alan Türkiyə klubunun köməkçi-məşqçisi Pyerr Vebonun cəzasını ləğv edib.

Qeyd edək ki, dünən keçirilən PSJ – “Başakşehir” oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv