!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Başımıza döyməklə, yaxamızı cırmaqla, Şuşa qayıtmaz.. " - Şeyx kimə əsəbiləşdi?

!Reklam – Yazi

“Bu milləti ağlaşmadan çəkindirmək lazımdır. Dədəsi, babası ölsə də, ağlamasın. Nə qədər ağlamaq olar, kişi ağladıqca, qeyrətsiz olur. Necə ki, Sabir gözəl deyib, ağladı, viran oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Şuşanın işğal günündə telekanallarda yayımlanan verilişlərə münasibət bildirərkən deyib.

O, torpaqlarımızın işğal olunduğu tarixin ağlaşma ilə yad olunmasına qarşı çıxdığını deyib:

“Baxırsan işqal günüdür, hamı efirdə ağı deyir. Hər il eyni formatlı verilişlər nümayiş olunur. Ona görə əsəbləşib, televizoru söndürürəm. Dinimizin özündə belə ağlaşma qadağandır. Başımıza döyə-döyə, yaxamızı cıra-cıra hara gedib çıxacağıq?Ağlaşanda, erməni gətirib Şuşanı qaytaracaq? Oturuşmuş ideoloji təbliğat formaları tapmalıyıq. Telekanallarda da mübariz ruhlu verilişlər hazırlanmalıdır. Yoxsa ki, acizlik nümayiş etdirib, şaxsey-vaxsey deyib ağlaşmaqla heç nəyə nail olmaq olmur. Uşaqlar, yeniyetmələr, gənclər, bir sözlə yeni nəsil böjüklərə baxıb, hansı mübarizə ruhunu əxz edəcəklər?Ağı deməyi?”

Cəvahir

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv