Azərbaycanın 3×3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.
Yenicag.az xəbər verir ki, açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.
Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.
İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.
Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.
Dünya Qadın Seriyası, Qəbələ mərhələsi
2 iyun
I tur
16:30 Azərbaycan – “Baku Fleyms”
16:55 Polşa – “Barselona Panters”
17:20 Portuqaliya – “Varşava Lotto”
17:45 İtaliya – Rumıniya
II tur
18:10 “Baku Fleyms” – “Varşava Lotto”
18:35 “Barselona Panters” – Rumıniya
19:00 Azərbaycan – Portuqaliya
19:25 Polşa – İtaliya
III tur
20:00 Portuqaliya – “Baku Fleyms”
20:25 İtaliya – “Barselona Panters”
20:50 “Varşava Lotto” – Azərbaycan
21:15 Rumıniya – Polşa
www.yenicag.az