Bayden administrasiyasının qeyri-qanuni əməli üzə çıxdı - 47 səhifəlik HESABAT

media-hightechnic-468x90

ABŞ-nin keçmiş prezidenti (2021–2025) Co Baydenin administrasiyası sərnişinlərin və hava limanlarının təhlükəsizliyinə təhdid olmasına baxmayaraq, Amerika hava limanlarının rəhbərliklərini terminallarda qeyri-qanuni miqrantları yerləşdirməyə məcbur edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Konqresinin Senat Ticarət Komitəsinin 47 səhifəlik hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunub ki, Bayden administrasiyası ABŞ hava limanlarının rəhbərliyinə, Nəqliyyat Nazirliyinə və  Federal Mülki Aviasiya İdarəsinə təzyiq göstərərək terminallarda qeyri-qanuni miqrantların yerləşdirilməsini tələb edib.

Hesabatda ən azı 11 hava limanının adı çəkilib. Sənəddə bildirilib ki, hava limanı əməkdaşları bu vəziyyətlə bağlı dəfələrlə narahatlıqlarını ifadə ediblər. Məsələn, Bostonun Loqan aeroportu bir dəfə 352 miqrantın yerləşdirilməsi üçün 779 min dollar xərcləyib. Bu məbləğ onların daşınmasına, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə və terminalların təmizlənməsinə sərf olunub. Hesabatda həmçinin miqrantların hərəkətləri ilə bağlı polisə dəfələrlə müraciət edildiyi, o cümlədən oğurluq və ictimai asayişin pozulması halları, hətta miqrantların uçuş zolaqlarına çıxması kimi hadisələrin qeydə alındığı vurğulanıb.

Əvvəllər ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə təxminən 25 milyon insan qeyri-qanuni şəkildə daxil olub. O, dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. İnaqurasiyadan sonra Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. O, Amerikanın tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa