“Bayden Trampın gələcək administrasiyasını sabotaj etmək üçün Avropada nüvə müharibəsi başlatmağa cəhd edəcək”.
Yenicag.az xəbər verir ki, bunu nüvə təhlükəsindən danışan ABŞ-li Respublikaçı siyasətçi Mercori Teylor deyib.
Onun sözlərinə görə, vəzifədən gedən prezident Co Bayden Donald Trampın gələcək administrasiyasını sabotaj etmək məqsədilə vəzifədən getməzdən əvvəl Avropada nüvə müharibəsi başlatmağa cəhd edə bilər.
Qeyd edək ki, Teylorun bu iddiaları heç bir əsaslı sübuta dayanmayıb. Belə ki, o, ABŞ prezidentinin daxili siyasi maraqları naminə müharibəni qızışdırmaq və ya son 30 ildə ilk dəfə olaraq keçmiş sovet peyk dövlətinə nüvə silahı göndərmək istəyində olduğu barədə konkret məlumat təqdim etməyib. Bu iddialar, Rusiyanın təhlükəsizlik rəsmisi Dmitri Medvedevin Moskvadan birbaşa qisas almağa çağırması ilə bağlı son xəbərdarlıqları ilə də mübahisəlidir.
Nəsimi Ələsgərli
www.yenicag.az