Bayden bunu “dünyanın 9-cu möcüzəsi” adlandırdı

media-hightechnic-468x90

ABŞ prezidenti Co Bayden çıxışı zamanı ABŞ-ın Böyük Kanyonunu “dünyanın doqquz möcüzəsindən biri” adlandırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da 80 yaşlı Amerika lideri çıxışında iki dəfə səhv edib. (Böyük Kanyon dünyanın möcüzəsi deyil və dünyanın doqquz yox, cəmi yeddi möcüzəsi var -red.).

“Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. Amerikanın dünyaca məşhur simvolu… Əslində doqquz dedim, amma dünyanın yeddi möcüzəsindən biridir”, – Bayden səhvini düzəldib.

Qeyd edək ki, Bayden yaşına görə tez-tez hər şeyi qarışdırır və unudur. Bununla belə, o, 2024-cü ildə ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Növbəti seçkiyə qədər Baydenin 82 yaşı tamam olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa