!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden İrana hücum variantları hazırlamağa GÖSTƏRİŞ VERDİ

!Reklam – Yazi

ABŞ prezidenti Co Bayden öz köməkçilərinə İrana cavab variantları hazırlamağı tapşırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İordaniyadakı bazaya hücumda Amerika hərbçilərinin öldürülməsində İranın məsuliyyət daşıdığını iddia edən ABŞ prezidenti Co Bayden öz köməkçilərinə Tehrana cavab variantları, o cümlədən hərbi variantlar hazırlamağı tapşırıb.

Eyni zamanda, nəşr xatırladır ki, Ağ Ev rəhbəri ABŞ-ni növbəti Yaxın Şərq müharibəsinə sürükləmək niyyətində deyil.

Mənbələrin Politico-ya verdiyi məlumata görə, Pentaqonun nəzərdən keçirdiyi variantlar Suriya və ya İraqda İran qüvvələrinə zərbə endirmək və ya Fars körfəzindəki İran dəniz qüvvələrini hədəfə almaq ola bilər.

Nəşr xəbər verir ki, “rəsmilər prezident icazə verdikdən sonra cavabın yaxın bir neçə gün ərzində başlayacağını və bir sıra obyektləri hədəf alacağını deyib”.

Qəzetin yazdığına görə, “Baydenin işləri çox sürətlə çətinləşir”. Xüsusilə Yaxın Şərqdəki münaqişə onun reytinqinin aşağı düşməsinə səbəb olub.

Xuraman Etibarlı

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv