!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden və Netanyahu Qəzzada girovların azad edilməsindən danışdı

!Reklam – Yazi

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Vaşinqtonun İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

“İsrail özünü bu ayın əvvəlində misli görünməmiş İranın raket və dron hücumundan uğurla müdafiə etdikdən sonra ABŞ bu dövləyin təhlükəsizliyinə güclü sadiqliyini bir daha təsdiqlədi”, – bəyanatda deyilir.

Bayden və Netanyahu həmçinin Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı İsrail və HƏMAS arasında davam edən danışıqları müzakirə ediblər.

“Prezident 17 digər dünya lideri ilə birgə bəyanata istinad edərək, atəşkəsi və Qəzza xalqına yardımı təmin etmək üçün HƏMAS-dan girovları dərhal azad etməyi tələb edib”, – Ağ Evin bəyanatında deyilir.

Bundan əlavə, ABŞ və İsrail liderləri Qəzza zolağına humanitar yardımın həcminin artırılması, eləcə də İsrailin Rafahın cənub anklavında hazırladığı əməliyyat barədə danışıblar.

Rafi Müslümov

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv