Bayılda torpaq sürüşməsi oldu

media-hightechnic-468x90

1379934437_surusme_zonasi_00ewrgreYenicag aznews-a istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsi, Buxta küçəsi 212 ünvanında baş verib. Xəsarət alan olmasa da, ərazidəki binaya ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, həmin bina neft şirkətinə aiddir. “Əvvəllər orada idarə olub. İndi isə həmin binada 6 qaçqın ailəsi yaşayır”.

Sakinlərin sözlərinə görə, həmin ərazidə keçən il də sürüşmə olub. “O zaman da binaya ciddi ziyan dəymişdi. Aidiyyatı orqanlardan gəlib baxdılar. Heç nə etmədilər ki, guya həmin ailələri köçürəcəklər. İndi də yağışlar başlayıb. Burada yaşamaq artıq çox təhlükəlidir”, – deyə sakinlər əlavə ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, nazirliyin əməkdaşları hadisə yerindədirlər.

“Hadisə araşdırılmalıdır; sürüşmə və ya uçqun olduğu dəqiqləşdirilməlidir. Çünki həmin ərazidə binalar sıx-sıx tikildiyindən indiyədək bir neçə dəfə uçqun baş verib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600