Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub.
Bu barədə Yenicag.az-a “Baykar” şirkətindən bildirilib.
Qeyd edilib ki, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində lazımi uçuş öncəsi sınaqları tamamlandıqdan sonra saat yerli vaxtla 14:59-da havaya qalxan “Bayraktar Kızılelma” ilk uçuşunu saat 15.17-də müvəffəqiyyətlə tamamlayıb və yerə enib.
“”Kızılelma”nın 18 dəqiqə davam edən ilk uçuşu Türkiyə aviasiya tarixində yeni bir dövrün pərdəsini açıb. Baykarın 100% öz kapitalı ilə yola çıxardığı “Bayraktar Kızılelma” layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI Uçuş Tədris və Test Mərkəzinə köçürülüb. 1 ay davam edən sınaqlardan sonra layihənin başlanmasından bu yana təxminən 1 il rekord müddətdə ilk uçuş həyata keçirilib”, – məlumatda deyilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bayraktar Kızılelma”nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd edib./Trend/
www.yenicag.az